Ölkə futbolu
“Qarabağ”ın rəqibindən daha bir transfer (FOTO)
“Qarabağ”ın Cempionlar Liqasının ikinci təsnifat mər…
“Qarabağ”ın Cempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi – Malta “Valletta”sı daha bir futbolçu ilə heyətini gücləndirib. Futbolinfo.az xəbər verir ki, rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən olan Həmid Əl-Kamali ilə anlaşıb.
Maltalılar 21 yaşlı müdafiəçi ilə 1 illik icarə müqaviləsi bağlayıblar.
Qeyd edək ki, Əl-Kamali bundan öncə ölkəsinin “Əl-Vahda” klubunda çıxış edib.
Maraq üçün onu da əlavə edək ki, Əl-Kamali "Qarabağ"la oyunların hansındasa meydana çıxsa, bu, BƏƏ üçün tarixi bir hadisə olacaq. Çünki indiyə qədər bu ölkənin heç bir futbolçusu ÇL oyununda iştirak etməyib. Bu baxımdan 21 yaşlı futbolçu ilkə imza ata bilər.