Dünya futbolu
“Arsenal”da 5-ci alman
İngiltərənin “Arsenal” klubu Madrid “Real”?…
İngiltərənin “Arsenal” klubu Madrid “Real”ının yarımmüdafiəçisi Sami Hediranın trasnferini razılaşdırıb. Almaniya millisinin üzvü London klubuyla 4 illik müqavilə imzalayacaq. Futbolinfo.az xəbər verir ki, onun transferi Arsen Vengerin komandasına 29 milyon avroya başa gəlib.
Hediranın illik maaşı isə 10 milyon avro təşkil edəcək. O, Per Mertezaker, Məsut Özil, Lukas Podolski və Serj Qnabridən sonra “Arsenal”da 5-ci almaniyalı futbolçu olacaq.