Dünya futbolu
Rakitiç: “Xavinin əvəzi deyiləm”
“Barselona”nın yeni transferi İvan Rakitiç onu ko…
“Barselona”nın yeni transferi İvan Rakitiç onu komandanın liderlərindən olan Xaviyə əvəz kimi alındığnı iddia edənlərə cavab verib. Futbolinfo.az xəbər verir ki, xorvat yarımmüdafiəçi “Barselona”ya kimisə əvəz etməyə gəlmədiyini bildirib:
“Mən bura İvan Rakitiç kimi gəlmişəm. Xavini əvəz etmək? O hələ komandadadı. Komanda yoldaşlarımla görüşü səbirsizliklə gözləyirəm. Mən haqqında çox danışılan stilin bir hissəsi olmaq istəyirəm. “Barsa” 4-3-3 sxemi ilə oynayır. Məşqçi isə mənə deyib ki, istənilən mövqedə oynaya bilərəm”.