Ölkə futbolu
Elvin Məmmədov cavab qarşılaşmasında da olmayacaq
Ölkəmizi Avropa Liqasında təmsil edən "İnter" saba…
Ölkəmizi Avropa Liqasında təmsil edən "İnter" sabah növbəti oyununa çıxır. Futbolinfo.az xəbər verir ki, təmsilçimizin ikinci təsnifat mərhələsindəki rəqibi İsveçin "Elfsborq" klubudu.
Dünən İsveçə çatan "bankirlər" bu ölkədə ilk məşqi də ediblər. Komandanın baş məşqçisi Kaxaber Sxadadze bu gün yerli vaxtla 18:00-da yetirmələrinə oyun öncəsi sonuncu məşqi keçəcək.
Zədə səbəbi ilə İsveçə aparılmayan Elvin Məmmədovun ilk oyunda iştirak etməyəcəyini xəbər vermişdik. Artıq onun cavab qarşılaşmasında da iştirak etməyəcəyi dəqiqləşib. Belə ki, həkimlər yarımmüdafiəçinin tam bərpası üçün daha 2-3 həftə vaxt lazım olduğunu bildiriblər.
Qeyd edək ki, sabah "Boras Arena"da baş tutacaq qarşılaşma 21:00-da "İnter"in rəsmi saytı vasitəsi ilə canlı yayımlanacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.