Müsahibə
Markus Roden: "İnter"lə belə oyuna hazır deyildik"
İsveçin “Elfsborq” klubunun futbolçusu Mark…
İsveçin “Elfsborq” klubunun futbolçusu Markus Roden Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşdıqları Bakı “İnter”i ilə ilk oyundan sonra klub saytına müsahibə verib. Futbolinfo.az saytı sizi həmin müsahibə ilə tanış edir.
– Evdəki məğlubiyyəti necə şərh edərdiz?
– Əlbəttə ki, bu, məyusedicidi. Biz daha yaxşı nəticəyə, qələbəyə ümid edirdik.
– Harada səhv etdiniz?
– Normal oyunumuzu göstərə bilmədik. Bunu edəcəyimizə inanırdıq. Yüksək tempdə çıxış edə bilmədik və oyunu idarə etməkdə çətinlik çəkdik. Bununla bağlı çox missal çəkmək olar.
– Hücumdakı səhvlər nədə idi?
– Bütün səhvlər hərəkət və ötürmələrlə bağlı idi. Top saxlaya bilmirdik. Həqiqətən də bu matçda oynaya bilmədik. Bir az arxayın, hətta deyərdim qorxaq oyun göstərdik.
– Rəqibə yuxarıdan aşağı baxdınız?
– Xeyr, belə olduğunu düşünmürəm. Onlarla bağlı əvvəlcədən yaxşı məlumatlanmışdıq. Lakin onlarla belə oyuna hazır deyildik.
– Bəs növbəti oyunla bağlı nə fikirləşirsiz?
– Gizlətməli heç nə yoxdu. Əlbəttə ki, göstərə biləcəyimiz oyunu nümayiş etdirə bilmədik. Ortada danılmalı bir şey yoxdu. Növbəti matça kimi nə edəcəyimizi müəyyənləşdirməliyik. Komandadakı ab-havanı müsbətə doğru dəyişməliyik.
– Cavab görüşündən öncə əsasən nə etməlisiz?
– İndi bildik ki, onlar necə oynayır. Oraya getməliyik və həyasızca oynamalıyıq. Topu öz meydançamızda saxlamamalıyıq. Rəqibin cərimə meydançasına çox top aparmalıyıq.