Ölkə futbolu
Mustafa Dənizli yenidən İstanbul klubunda
“Xəzər Lənkəran”la yollarını ayıran türkiyəli…
“Xəzər Lənkəran”la yollarını ayıran türkiyəli mütəxəssis Mustafa Dənizli özünə yeni klub tapıb. Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ölkəsinin nəhəng klublarından olan “Beşiktaş”la anlaşıb.
Belə ki, Dənizli ilə görüşən İstanbul təmsilçisinin prezidenti Fikrət Orman onu Öndər Özənin istefasından sonra boş qalan komandanın idman direktoru vəzifəsinə gətirmək üçün razı salıb. Bu təyinatın ən gec 2 günə rəsmən açıqlanacağı deyilir.
Qeyd edək ki, 2013/14 mövsümünün sonunda “Xəzər Lənkəran”dakı baş məşqçi vəzifəsindən göndərilən 64 yaşlı mütəxəsiss 2008-2010-cu illər aralığında “Beşiktaş”da çalışıb. O, baş məşqçi olaraq, həmin illərdə İstanbul klubuna çempionluq və Türkiyə Kubokunu qazandırıb.