Dünya futbolu
Morata “Yuventus”la rəsmi müqavilə imzaladı
"Real"ın forvardı Alvaro Moratanın "Yuventus"a …
"Real"ın forvardı Alvaro Moratanın "Yuventus"a transferi yekunlaşıb. Futbolinfo.az xəbər verir ki, bu haqda hər iki klubun rəsmi saytı xəbər yayıb.
22 yaşlı futbolçunun transferi “Yuve”yə 20 milyon avroya başa gəlib. Moratanın müqaviləsi 5 illiyə nəzərdə tutulub.
Sözləşməyə əsasən, “kral klubu” 2015/16 və ya 2016/17 mövsümlərinin sonunda Alvaronu yenidən satın almaq hüququna malikdi. "Real"ın bu məqsədlə ödəyəcəyi məbləğ isə Moratanın "ağ-qaralar"ın heyətində keçirəcəyi oyunların sayından asılıdı. Kompensasiya məbləği maksimum 30 milyon avro ola bilər.