Dünya futbolu
Mvila rəsmən “İnter”də
"İnter" ötən günlərdə anlaşdığı "Rubi…
"İnter" ötən günlərdə anlaşdığı "Rubin"in üzvü Yann Mvilanın transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, təqdimat mərasimi Milanda baş tutub. Mvila fikirlərini jurnalistlərlə bölüşüb:
"Mən özümü ən yaxşı tərəfdən göstərməyə çalışıram. "İnter" yüksək yerlər üçün mübarizə aparan məqsədli klubdu. "İnter"in mənlə maraqlandığını eşidəndə bir dəqiqə belə düşünmədim. Həmin an razılaşdım. Bura pula görə gəlməmişəm, mənim üçün komandanın planları önəmlidi. Sevdiyim mövqe? Müdafiənin önündə oynamağa üstünlük verirəm. Pis oğlan imici? Belə düşünmürəm, fransız mediasının şayiələridi. Buraya öyrəşmək asan olacaq, çünki fransızca danışan futbolçular var".