Dünya futbolu
Joze Mourinyo: “Transfer mövsümünü bitirdik”
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo koman…
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo komandasının yay transferinə artıq son qoyduğunu açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, klub rəhbərliyinin bu yay xeyli iş gördüyünü açıqlayıb:
"Deyə bilərəm ki, mənim klubum möhtəşəm işlər gördü. Təkcə bizə lazım olan düzgün oyunçuları transfer etdiyimiz üçün yox, həm də rekord müddətdə bunu bacardıq. Transfer bazarı avqustun 31-də bağlanır, ancaq bizim üçün "transfer pəncərəsi" 19 iyulda qapanıb. Bazardakı işimiz yekunlaşıb. Bizə hansı futbolçuların lazım olduğunu bilirik. Heyətimizdən çox razıyam".
Xatırladaq ki, "mavilər" cari transfer dönəmində Dieqo Kosta, Sesk Fabreqas, Tibo Kurtua, Filipe Luis və Mario Paşaliçi heyətinə qatıblar.