Dünya futbolu
Pirlo “Yuventus”da qaldı
Massimiliano Alleqrinin "Yuventus"a baş məşqçi tə…
Massimiliano Alleqrinin "Yuventus"a baş məşqçi təyin olunmasından sonra komandadan gedəcəyi gözlənilən Andrea Pirlonun gələcək karyerasına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu "Yuventus"da qalmağa qərar verib.
Daha öncə aralarında problem yaşandığı bildirilən Alleqri futbolçu ilə görüşərək onu komandada saxlamağa müvəffəq olub. Təcrübəli mütəxəssis "Yuventus"un Pirlo kimi futbolçuya ehtiyacı olduğunu açıqlayıb.
Qeyd edək ki, Pirlonun "Yuventus"la 2016-cı ilə qədər müqaviləsi var.