Ölkə futbolu
"İnter"in rəqibi məğlub oldu
Futbol üzrə İsveç çempionatında 15-ci turun oyun…
Futbol üzrə İsveç çempionatında 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"i ilə mübarizə aparan "Elfsborq" səfərdə "Norrçöpinq"lə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb. 1, 20, 47 və 56-cı dəqiqələrdə qapısında qol görən "Elfsborq"un heyətində 33-cü dəqiqədə Bekmann, 58-ci dəqiqədə isə Prodell fərqlənib.
Qeyd edək ki, "Elfsborq" hazırda 16 komanda arasında topladığı 25 xalla 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, "İnter" "Elfsborq"la ilk oyunda 1:0 hesablı səfər qələbəsinə imza atıb. Bu komandalar arasındakı cavab görüşü iyulun 24-də Bakıda baş tutacaq.