Bizi izləyin

Ölkə futbolu

“Neftçi”də vitse-prezident oyunu

“Neftçi”də vəziyyət yenə ruscadı. Aləm bir-bi…

blank
“Neftçi”də vəziyyət yenə ruscadı. Aləm bir-birinə dəyib, “Koper” elə bir külək qoparıb ki, hamı gizlənməyə deşik axtarır. Hamı rüzgarın sakitləşməsini, sakitçilik olmağını gözləyir ki, yenidən üzə çıxsın. Ancaq sinoptiklər ümidverici bir şey vəd etmir. Deyilənlərə görə, Sloveniya tərəfdən elə bir qərb küləyi gələcək ki, yer yerindən oynayacaq, öz çəkisi ağır, söz çəkisi yüngül olanları qoltuğuna vurub aparacaq.
 
 “Neftçi” həqiqətən xalqın komandasıdı. Hazırkı rəhbərlik son illərdə azarkeşləri tribunalardan uzaq salmaq üçün “lazım olandan da artıq iş” görsə də, “Koper”lə ilk oyunda “Bakcell Arena” dolmuşdu. Bu isə Sadıq Sadıqovun əməyinin bəhrəsi deyildi, tarixinə görə flaqman sayılan komandanın qocaman olmasının qiyməti idi. Azarkeşlər indiki rəhbərliyin “misilsiz əməyi nəticəsində” tribunaları doldursaydı, 1:2 hesabıyla bitən oyunun gedişində onları istefaya səsləməzdi.
 
Bəri başdan deyim ki, təmsilçimiz “Koper”i hətta Sloveniyada yenib mərhələ aşmaq gücündədi. Hər nə qədər komanda zəifləsə də, hazırda heyətdə olanlar fərdi ustalıq səviyyəsinə görə rəqibin hər oyunçusuna dərs deyər. Lakin iş ondadı ki, sloveniyalıların bu imkansız klubunun baş məşqçisi də Böyükağa Hacıyevə master-klass keçər. Necə ki, Bakıdakı oyunda bunu etdi. Əgər bu gün “Neftçi”nin başında hansısa bacarıqlı mütəxəssis dayansaydı, o zaman hətta “Koper”in evində darmadağın edilməsinə pul qoyardım. Nə yazıq ki, Sadıqov bu postu dostunun adına kirayələyib.
 
İndi elə bir vəziyyət yaranıb ki, Sadıq bəy “Neftçi”ni qohumlarına qurban verdiyi kimi indi də kimlərinsə özünü ona görə fəda etməsi lazımdı. Kim, kim, kim??? Bax, burada layiq olmadan pul qıranların siyahısını yaza bilməyəcəm. Çünki onlar qurban getməyə qox, qurbanları yola salmağa öyrəşib. Təbii ki, ilk ağıla gələn elə Hacıyevdi və özü də söz verib ki, cavab matşından sonra gedəcək. Düzdü, onun vədinə inanmaq olmur, çox belə şeylər edib. Amma iş ondadı ki, bu dəqiqə əsas şefi qorumaq üçün getməyə məcburdu. Axı, getməsə də, göndəriləcək – ya Sadıqov, ya da onun xələfinin əli ilə…
 
Kamikadzelik üçün növbəti cəhdini edən Tahir Süleymanov da qərarını verib. Həm də vitse-prezident əvvəllər prezidentlə məsləhətləşərdisə, bu dəfə millətin gözü önündə qərarını qəfil açıqladı. Ona görə də budəfəki gediş istefalar silsiləsindən növbəti seriya olmamalıdı, həqiqi olmalıdı. Adını Sadıqovu qorumaq üçün özünüfəda da qoymaq olar, klubdaxili klanlaşmaya etiraz da. Ancaq düzü, hətta istefa verəndən sonra da Süleymanovun klubun bazasında işinə davam etməsi bir az müəmmalıdı.
 
Sadıqovun avrokuboklardakı uğursuzluğa görə xilas kampaniyasına əlavə kiminsə qoşilacağını gözləmirik. Çünki ştat cədvəlinə çox adam imza atsa da, döyüşə ancaq kasıb uşaqları gedir.
 
Bizdə olan bilgiyə görə, “Neftçi” prezidenti özü də başa düşür ki, Tahir bəyin özünü hər dəfə onu qorumaq üçün güllə qabağına atması artıq istənilən effekti vermir. Ona görə o da artıq yeni kart çıxarmaq istəyir. “Koper”lə cavab oyunundan sonra təzyiqin gücünə baxıb onun qərar verməsi gözlənilir. Klubun sabiq mətbuat katibi Elnur Əşrəfoğlu neçə vaxtdı boş yerə özünü gələcək vitse-prezident elan etməyib ki… Normalda Sadıqov ya sabiq həmkarımızın dediyi kimi, vədini yerinə yetirməliydi (çünki Əşrəfoşlu publika.az saytına müsahibəsində mayın sonunda bu posta təyinat alacağını demiş, hətta “Sadıqov verdiyi vədin arxasında dayanan adamdı” deyərək boynuna haqq qoymuşdu – red.), ya da belə söz vermədiyini aşkar şəkildə açıqlamalıydı. Bugünə kimi bunu etməyibsə, deməli, Süleymanova uğursuluğu boynuna yıxıb qovulacaq adam gözü ilə baxır, Əşrəfoğlunu isə ehtiyatda saxlayır. Ancaq Elnur bəyin “Neftçi”dən hansı “maddə”ylə uzaqlaşdırıldığını xatırlasaq, bu təyinatın mümkünsüz olduğunu deməliyik. Təyinat reallaşsa,bu, o deməkdi ki, Sadıq bəy nəyəsə görə keçmiş günahları unutmağa da hazırdı. Hər halda, “vitse-prezident oyunu” son silahdı və tətiyi çəkəndən sonra mərminin kimə dəyməsinin əhəmiyyəti yoxdu, əsas odu ki, qundaq kimin sinəsinə söykənib.
 
“Neftçi” ilə “Koper” arasındakı Bakıdakı oyun prevyu idi, ani titrəmədən sonra ürəyi gedənlər oldu, yəqin ki, əsl zəlzələdən sonra daha ciddi dağıntılar olacaq. Klubun bazasında kök atmış çinarların hansının buna tab gətirəcəyini bilmirəm, amma mütləq yıxılan tapılacaq. Allah eləməsin ki, böyük çinar yıxıla, o yıxılsa, ətrafında olan bacanaq, xalanəvəsi, dayıoğlu, nə bilim daha hansı kiçik çinarlar da mişarlanmalı olacaq. Həm də budəfəki təbii fəlakətin qarşısını çətin ki, sinəsini sipər edən hansısa palıd ağacı ala bilsin.
 
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-19 23:50

“Qalatasaray” “Fənərbaxça”ya evdə uduzdu, çempionluq son tura qaldı

blank
Digər idman növləri2024-05-19 23:00

Final seriyasında ümumi hesab bərabərləşdi

blank
Dünya futbolu2024-05-19 22:33

“Mançester Siti”dən 10-cu çempionluq!

blank
Digər idman növləri2024-05-19 21:58

Avropa çempionatında iştirak edəcək heyət açıqlandı

blank
Digər idman növləri2024-05-19 21:27

Azərbaycan millisi ikinci oyununda da məğlub oldu

blank
Əvəzedicilər2024-05-19 21:07

“Zirə”nin əvəzedicilərindən Gəncədə inamlı qələbə

blank
Ölkə futbolu2024-05-19 20:44

Kapitana 250 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-05-19 20:00

“Araz-Naxçıvan” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-05-19 19:21

“Sabah”ın U-14 komandası Türkiyədə çempion oldu

blank
Premyer-liqa2024-05-19 19:00

“Daha çox qol vura bilərdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-19 18:28

“Ən zəif oyunlarımızdan biri idi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-19 17:57

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Digər idman növləri2024-05-19 13:28

MBA-da daha bir yarımfinalçı məlum oldu

blank
Digər idman növləri2024-05-19 13:16

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-19 12:54

Voleybol məşqçiləri üçün seminar keçirilib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm