Dünya futbolu
Azərbaycanlı futbolçular ilk rəqiblərini tanıdı
Azərbaycanlı futbolçuların da çıxış etdiyi Tü…
Azərbaycanlı futbolçuların da çıxış etdiyi Türkiyə PTT 1-ci Liqasında 2014/15 mövsümünün püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, 18 komandanın mübarizə aparacağı çempionat 30-31 avqust tarixlərində start götürəcək.
Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın forma geydiyi "Qaziantep BB" ilk turda "Boluspor"u qəbul edəcək.
Mahir Şükürovun komandası "Karşıyaka" doğma azarkeşləri qarşısında "Antalyaspor"u sınağa çəkəcək.
Branimir Subaşiçli "Manisaspor" da mövsümün ilk oyununa doğma arenada çıxacaq. Onlar "Alanyaspor"la üz-üzə gələcəklər.
Kamal Bayramovla Ayaz Mehdiyevin yenicə keçdiyi "Girəsunspor" isə "Samsunspor"la səfər matçında gücünü sınayacaq.
Qeyd edək ki, daha bir futbolçumuz, Nurlan Novruzovun da “Dənizlispor”a keçəcəyi də an məsələsidi. Həmin komanda ilk turda səfərdə “Adana Dəmirspor”un qonağı olacaq.