Dünya futbolu
Xames Rodriqes rəsmən "Real"da
Günlərdi gözlənilən böyük transfer rəsmi şək…
Günlərdi gözlənilən böyük transfer rəsmi şəkidə reallaşıb. Futbolinfo.az xəbər verir ki, İspaniya nəhəngi “Real” (Madrid) bu dəqiqələrdə “Monako”nun kolumbiyalı ulduz futbolçusu Xames Rodriqueslə müqavilə imzaladığını rəsmi internet saytından açıqlayıb.
“Real” Liqa-1 klubu “Monako” ilə anlaşıb və Rodriqezlə müqavilə imzalayıb. Bunun müqabilində Madrid klubu knyazlıq təmsilçisinə 88 milyon avro ödəyib. Xameslə 6 illik müqavilə imzalanıb.
Rodriqesin rəsmi imza mərasimi sabah axşam saat 22:00-da “Santyaqo Bernabeu” arenasında keçiriləcək.
Qeyd edək ki, kolumbiyalı futbolçu ötən il “Portu”dan “Monako”ya 45 milyon avroya transfer olunmuşdu. “Monako” formasıyla Liqa-1-də çıxdığı 34 matçda 9 qol, 11 məhsuldar ötürmə ilə yadda qalan Xamesin ulduzu DÇ-2014-də parlamışdı. Parlaq oyunu ilə Kolumbiyanın 1/4 finala çıxmasında əvəzsiz rol oynayan Rodriqes mundialda 6 qol, 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.