Dünya futbolu
Moreno “Valensiya”da
İspaniyanın “Valensiya” klubu heyətini gücləndiri…
İspaniyanın “Valensiya” klubu heyətini gücləndirib. Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Benfika”nın futbolçusu Rodriqo Morenonu transfer edib. Forvard artıq müqaviləni imzalamaq üçün Valensiyaya gəlib.
Cümə günü yeni komandasının turneyə yollanmasına qədər transfer rəsmiləşəcək. Keçidin dəyəri isə 30 milyon avrodu.
Xatırladaq ki, Moreno qışda “Valensiya”ya keçə bilərdi. Lakin Piter Limin klubu həmin müddətə qədər ala bilməməsi transferin reallaşmasına imkan verməmişdi.