Ölkə futbolu
“Elfsborq” 4 itki, 1 ümidlə gəlir
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçiv…
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”i ilə qarşılaşacaq “Elfsborq” komandası paytaxtımıza 18 futbolçu ilə gələcək. Bu barədə İsveç klubunun baş məşqçi köməkçisi Yan Miyan məlumat verib.
O, zədə səbəbindən 4 futbolçunu ölkəmizə gətirməyəcəyini bildirib: “18 nəfər futbolçu ilə səfərə yollanırıq. Yon Yönsson, Liridon Qaşi, Viktor Rattan və Anton Lans kimi futbolçularımızı Bakıya aparmırıq. Amma sevindirici haldı ki, Kevin Elleqor bizimlə olacaq. Sabahkı məşqdə onu yoxlayacağıq. Onun oynayıb-oynamayacağı hələ ki, bilinmir. Sabahkı məşqdən sonra hər şeyə aydınlıq gələcək".
Qeyd edək ki, "Elfsborq"un baş məşqçisi Klas İnqesson səhhətində yaranan problemlə bağlı ilk matçda olduğu kimi, bu dəfə də komandasının yanında ola bilməyəcək. Bu səbəbdən də onu köməkçisi Yan Miyan əvəz edir.