Ölkə futbolu
AZAL-da braziliyalı hücumçu
AZAL növbəti mövsümün hazırlıqlarını Tür…
AZAL növbəti mövsümün hazırlıqlarını Türkiyənin Bolu şəhərində davam etdirir. Futbolinfo az xəbər verir ki, transfer çalışmalarını da davam edən "təyyarəçilər"in düşərgəsinə daha bir futbolçu baxışa dəvət olunub.
Əldə etdiyimiz məlumata görə, bu, braziliyalı Eduardo da Masyeldi. 27 yaşlı futbolçu hücum mövqeyində çıxış edir. Sambaçının son klubu Liviyanın "Əl-Əhli Aley" komandası olub. Ölkəsinin "Korintians" klubunun yetirməsi olan futbolçu 2005-ci ildə "Noqoya"ya transfer olunub. Bundan başqa 27 yaşlı hücumçu "Botofoqo" və Almaniyanın aşağı divizion təmsilçisi olan "Rot Vays Allen" komandasının da formasını geyinməyə imkan tapıb.
Futbolçu ilə bağlı qərarı komandanın baş məşqçisi Tərlan Əhmədov yaxın günlərdə bildirəcək.