Ölkə futbolu
Leroy Corc: "Baş hakim qaydalara riayət etdi"
“Qarabağ”ın futbolçusu Leroy Corc Çempionl…
“Qarabağ”ın futbolçusu Leroy Corc Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Valletta” matçından sonra fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan hollandiyalı yarımmüdafiəçi Malta təmsilçisi üzərindəki 4:0 hesablı qələbəni belə şərh edib:
“Əlbəttə ki, belə böyükhesablı qələbə gözləmirdik. Amma bu, futboldu. Çox qol da vura bilərik, 1 qol da. Əsas odu ki, yaxşı oyun göstərib, qalib gəldik. Mən hesab etmirəm ki, rəqib əvvəlkinə nisbətən, bu oyunda zəif çıxış etdi. Onlar çalışdılar ki, meydanda bizə çətinlik yaradalar. Amma biz oyuna yaxşı köklənmişdik. Təbii haldı ki, oyuna yaxşı köklənəndə yaxşı oyun da göstərə bilirsən”.
O, oyun ərzində rəqibin 2 futbolçusuna göstərilən qırmızı vərəqələrdən də danışıb: “Birinci qırmızı vərəqə ilə bağlı onu deyə bilərəm ki, düzgün qərar idi və hakim qaydalara riayət etdi. Amma ikinci epizodu elə də yaxşı görmədiyim üçün dəqiq heç nə deyə bilmərəm”.
Corc ÇL-in üçüncü təsnifat mərhələsindəki rəqibləri “Zalsburq”la bağlı isə bu sözləri deyib: “Təbii ki, mərhələ adladıqca, qarşımıza çətin rəqiblər çıxmalıdı. “Zalsburq” güclü rəqibdi. Bu səbəbdən də onları çox ciddiyə almalıyıq”.
Qeyd edək ki, Leroy Corc “Valletta” ilə matçın 80-ci dəqiqəsində komandasının 4-cü qolunu vurub.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə