Ölkə futbolu
Aqil Abbas Abdulbari Gözəli müdafiə etdi: “Qarabağ” Ağdamın deyil”
"Qarabağ"ın prezidenti Abdulbari Gözəlin mətbuata a…
"Qarabağ"ın prezidenti Abdulbari Gözəlin mətbuata açıqlamasında ağdamlılara qarşı hörmətsizlik etdiyi barədə məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, klub prezidenti “Qarabağ” oyunlarını Ağdamda nə vaxt keçirəcək” sualına “ağdamlılar istəyirlərsə, özlərinə kiçik bir klub yaratsınlar” cavabını vermişdi.
Abdulbari Gözəlin açıqlamasına millət vəkili Aqil Abbas münasibətini bildirib. Publika.az-a danışan millət vəkili Abdulbari Gözəli dəstəklədiyini bildirib:
“Düz deyir, razıyam. Mən özüm də bu barədə 5 ildən çoxdu yazıram, efirlərdə də deyirəm. “Qarabağ” Azərbaycanın fəxridi, amma Ağdamın deyil. Ağdamlılar öz idmanını inkişaf etdirməli, bir klub yaratmalıdı. Burada qeyri-adi bir söz deməyib.
Təkcə bir sözlə razı deyiləm ki, deyirlər “Qarabağ”da ağdamlılar oynayanda komanda Avropaya gedə bilmirdi. Bu tamamilə yalandı, açıb tarixi vərəqləsinlər, görəcəklər ki, heyətdə ağdamlılar olan zaman komanda Avropa oyunlarına gedib.
Düzdü, indi gənclərdən ibarət heyətlərdə ağdamlılar var. Həmin klubda ağdamlı məşqçilər də çalışır. Ağdamlılar özlərinə komanda yarada bilər. Çünki Ağdamda həmişə futbol olub. Klub yaranarsa, “Qarabağ” üçün də futbolçu yetişdirər”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”