Dünya futbolu
Torres Liqa-1-ə yollanır
“Monako” “Çelsi”nin forvardı Fernando …
“Monako” “Çelsi”nin forvardı Fernando Torresi heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, artıq tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir.
Liqa-1 klubu 30 yaşlı futbolçuya görə 20 milyon avro ödəməyə hazırdı.
Xatırladaq ki, Torreslə “Atletiko” da maraqlanır. Lakin Xames Rodriqesin satışından 88 milyon avro qaznan “Monako” hücum xəttində yaranan boşluğu məhz Torreslə doldurmaq istəyir. Knyazlıq klubunun daha çox pul təklif etməsi onları “Atletiko”dan bir addım önə çıxarır.