Ölkə futbolu
“Qarabağ” bizə nisbətən yaxşı oynadı”
Malta "Valletta"sının futbolçusu Hamid Əl-Kamali &…
Malta "Valletta"sının futbolçusu Hamid Əl-Kamali Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirilən cavab oyunu ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan müdafiəçi 0:4 hesablı məğlubiyyəti belə şərh edib:
“Bu matçda belə nəticə gözləmirdik. İstəyirdik ki, Bakda qələbə qazanaq. Lakin qırmızı vərəqələr işimizi çox çətinləşdirdi. “Qarabağ” bizə nisbətən yaxşı oynadı. Çünki komandamız oyunun əsas hissəsində 10 nəfərlə mübarizə aparırdı. Öz azarkeşləri qarşısında oynayan komandaya qarşı azlıqda çıxış etmək çox çətindir. Artıq hər şey bitib. “Qarabağ”a növbəti mərhələdə uğurlar arzulayıram. Ola bilər, hakim 2 futbolçumuzu meydandan qovmaqda haqlı idi, ola bilər, yox. Hesab edirəm ki, bu barədə düzgün fikir söyləmək üçün həmin epizodlara yenidən baxmalıyam”.