Ölkə futbolu
"Koper"in futbolçusu: "Neftçi"ni keçməyimiz klubumuzun ən böyük uğuru olacaq"
Sloveniyanın "Koper" klubunun futbolçusu Domen &Cced…
Sloveniyanın "Koper" klubunun futbolçusu Domen Çrniqoy Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu ərəfəsində fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
"İlk oyun bizim üçün yorucu oldu. "Neftçi" bizi düzgün qiymətləndirməmişdi. Azərbaycana uzun yolçuluğa, yorucu istiyə baxmayaraq, qələbə qazanmağı bacardıq. Əlbəttə, bu qələbə hələ bizim mərhələ adlamağımız anlamına gəlmir. Amma bu komandanı keçməyimiz Sloveniyada bizim klub üçün ən böyük uğur olacaq".
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda "Koper" "Neftçi"dən güclü olmuşdu – 2:1.