Dünya futbolu
“Real” yeni qapıçı ilə anlaşdı
İspaniyanın "Levante" klbubunun qolkiperi Keylor Navasın …
İspaniyanın "Levante" klbubunun qolkiperi Keylor Navasın Madrid "Real"ına keçidi gündəmdədi. Futbolinfo.az xəbər verir ki, qarşıdakı günlərdə tərəflər münasibətləri rəsmiləşdirə bilər.
Bunu İspaniyanın AS qəzeti iddia edib. Xəbərə görə, tərəflər arasında artıq razılıq əldə olunub. Kosta rikalı yeni klubuyla 5 illik saziş imzalayacaq və onun məvacibi illik 1,8 milyon avro olacaq. Transfer "Real"a 10 milyon avroya başa gələcək.
Hazırda Navas öz vətənindədi. O, DÇ-2014-dəki partlaq çıxışı ilə yadda qalmışdı.