Ölkə futbolu
Rodolfo Vanoli: “Neftçi” bizdən daha səviyyəli komandadı”
Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolf…
Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəsiss komandasına güvəndiyini deyib:
“Futbolçularım bacardıqları kimi oynasalar, mərhələ adlaya bilərik. Bakıda çox intizamlı oyun göstərdik. Rəqibin bizdən daha səviyyəli komanda olduğunu bilirik. Onlar ilk matçda qalib gəlmədi, amma həldə də şansları var. Komandam canla-başla mübarizə mübarizə aparır. Azarkeşlərimizdən də dəstək gözləyirik. Onları qələbə ilə sevindirmək istəyirik”.
Qeyd edək ki, “Koper” Bakıda baş tutan görüşdə təmsilçimizi 2:1 hesabı ilə məğlub edib.