Ölkə futbolu
"Qarabağ" Quzanlıya nə vaxt gedəcək?
"Qarabağ" Ağdamdakı azarkeşlərlə görüşmək …
"Qarabağ" Ağdamdakı azarkeşlərlə görüşmək üçün Quzanlıya gedəcək. Futbolinfo.az xəbər verir ki, bu proses "Zalsburq"la oyundan sonra gerçəkləşəcək.
21 ildən sonra Premyer Liqada qızıl medalları qazanan "Qarabağ" bu sevinci Ağdamda yaşayan azarkeşləri ilə bölüşməyi planlaşdırırdı. Bunun üçün klub rəhbərliyi çempionluq kubokunun Ağdama aparılacağını bəyan etmişdi. Ancaq müəyyən səbəblərə görə bu proses gecikib. Bəs, "Qarabağ" Ağdamdakı azarkeşləri ilə nə vaxt görüşəcək?
Saytımıza açıqlama verən klubun icraçı direktoru Əmrah Çəlikəl məsələyə belə aydınlıq gətirib: "Kuboku Ağdama aparacağıq. Bu proses "Zalsburq"la oyundan sonra gerçəkləşəcək. Baş məşqçimiz də bu cür qərar verib. "Zalsburq"la cavab qarşılaşmasından sonra səfər tarixini müəyyən edəcəyik".