Ölkə futbolu
"Neftçi" – "Çixura": Oyun günləri məlumdu
Dünən gecə ilk oyunda məğlub olduğu Sloveniya "Koper&qu…
Dünən gecə ilk oyunda məğlub olduğu Sloveniya "Koper"inə səfərdə qalib gələn Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazandı. Futbolinfo.az xəbər verir ki, bakılıların növbəti mərhələdi rəqibi Gürcüstanın "Çixura" komandası olacaq.
Artıq bu komandalar arasında baş tutacaq ilk oyunun tarixi də bəllidi. İlk qarşılaşmada "Neftçi" rəqibini doğma azarkeşləri önündə qəbul edəcək. "Bakcell Arena"da baş tutacaq ilk oyun iyulun 31-də keçiriləcək. Cavab matçı isə bir həftə sonra avqustun 7-də baş tutacaq.
Qeyd edək ki, "Çixura" ikinci təsnifat mərhələsində Türkiyənin "Bursaspor" komandasını mübarizədən kərnarlaşdıraraq "Neftçi"yə rəqib olub.