Ölkə futbolu
Vanoli: "Hakimin qırmızı vərəqə göstərməsi yersiz idi"
Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi&quo…
Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" növbəti mərhələyə adladı. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" səfərdə "Koper"i 2:0 hesabı ilə məğlub edərək Gürcüstan "Çixura"sına rəqib oldu. Oyundan sonra təşkil olunmuş mətbuat konfransında "Koper"in baş məşqçisi Rodolfo Vanoli matçın çox çətin və gərgin keçdiyini bildirib:
"Bakıda baş tutan ilk qarşılaşmada "Neftçi"dən daha yaxşı oynadıq. Futbolçularımı meydanda mübarizə apardıqları üçün təbrik edirəm. Bizim komandanın Avropa təcrübəsi yoxdu. Bu da əsas həlledici məqamlardan biri idi. Rəqib ilk yarıda oyunda üstünlüyə sahib oldu. Hakimin qırmızı vərəqə göstərməsi isə yersiz idi. Ancaq bu matç futbolçularım üçün yaxşı təcrübə oldu. Azlıqda qalsaq da, ikinci hissədə şanslarımız oldu. Ancaq bunlardan yararlana bilmədik. "Neftçi"ni təbrik edirəm. Bundan sonra isə daxili çempionatdakı oyunlarımıza diqqət yetirəcəyik".