Ölkə futbolu
Rusiya klubu Ebesiliyonu rəsmən açıqladı
2013/14 mövsümünün sonu “Qəbələ” il…
2013/14 mövsümünün sonu “Qəbələ” ilə yollarını ayıran hollandiyalı futbolu Lorenzo Ebesiliyo özünə yeni komanda tapıb. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Rusiya “Mordoviya”sı ilə anlaşıb.
O, yeni klubu ilə 1 illik icarə müqaviləsi imzalayıb. Bununla da, “Mordoviya”nın baş məşqçisi Yuri Syomin İbrahima Niassedən sonra sabiq klubu “Qəbələ”dən daha bir futbolçunu komandasına cəlb edib.
Qeyd edək ki, Ukrayna “Metallurq”unun müqaviləli futbolçusu olan Ebesiliyo ötən mövsümüm icarə əsasında “Qəbələ”də keçirmişdi.