Ölkə futbolu
Qurban Qurbanov bu işi onlara tapşırdı
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qa…
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ"ı üçünçü təsnifat mərhələsində çətin sınaq gözləyir. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu mərhələdə Avstriya çempionu "Zalsburq"la qarşılaşacaq.
"Atlılar" artıq dünəndən etibarən "Zalsburq"la oyunun hazırlığına başlayıb. Dünən rəqibi təhlil etmək üçün klubun Avstriyaya "casus" göndərəcəyini xəbər vermişdi. Artıq "Zalsburq"u iş başında izləyəcək şəxslərin kimliyi də bəlli olub. Klubdan aldığımız məlumata görə, Avstriyaya Qurbanovun köməkçisi Elçin Rəhmanovla klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov gedəcək. Onlar sabah İstanbul-Vyana reysindən istifadə edərək Avstriyaya yola düşəcək. Bu iki şəxs "Zalsburq"un ölkə çempionatının ikinci turu çərçivəsində "Viner-Noyştadt"la səfərdə baş tutacaq qarşılaşmasını canlı izləyəcək.
Qeyd edək ki, "Qarabağ"ın üçüncü təsnifat mərhələsindəki rəqibi ölkə çempionatına uğurla başlayıb. "Qırmızı buğalar" ilk turda "Rapid"i 6:1 hesabı ilə darmadağın ediblər.