Dünya futbolu
Taffarel “Qalatasaray”da qaldı
“Qalatasaray”ın qapıçılarla işləyən məşq&cc…
“Qalatasaray”ın qapıçılarla işləyən məşqçisi Klaudio Taffarel Braziliya millisində çalışacağına dair xəbərə rəsmən aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, sabiq qolkiper bu işi “Cim-Bom”dakı postunu tərk etmədən görəcəyini bildirib.
Taffarel həm “Qalatasaray”da, həm də Braziliya yığmasında qapıçı məşqçisi kimi çalışacaq. Bununla da o, həm ölkəsinin millisi ilə anlaşdığını, həm də “sarı-qırmızılar”dan ayrılmadığı təsdiqləyib: "Bəli, millidən təklif aldım. Ancaq bu işimi tərk etmədən hər ikisini görəcəm. Dunqaya təşəkkür edirəm. Təklif gələndə ona “Qalatasaray”dakı işimə davam etmək istədiyimi edim. O da bunu yaxşı qarşıladı".
“Qalatasaray”ın prezidenti Ünal Aysal və baş məşqçisi Çezare Prandelli də Taffarelin hər iki işi eyni anda görməsinə qarşı çıxmadığını açıqlayıb.