Ölkə futbolu
Hauqer: "İnter" penaltilər seriyasında nəsə edəcəyinə ümidli idi"
İsveç “Elfsborq”unun futbolçusu Henninq Hau…
İsveç “Elfsborq”unun futbolçusu Henninq Hauqer Avropa Liqasının ikinci təsnifat mərhələsində keçirilən “İnter”lə oyun haqqında fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan 29 yaşlı yarımmüdafiəçi Bakı klubu üzərindəki qələbəni (1:0, penaltilər – 4:3) belə şərh edib:
“İnter” həqiqətən də güclü komandadı. Məncə, bu matçda şans bizim tərəfimizdə idi. Çünki ilk dəqiqələrdəcə rəqibin 1 futbolçusu qırmızı vərəqə alaraq, meydandan qovuldu və qapılarına penaltİ təyin olundu. Rəqib azlıqda qaldıqdan sonra güclü müdafiə olundu. Bu da bizim qol imkanları yaratmağımızı çətinləşdirdi. Amma sonda meydandan qalib ayrılan tərəf biz olduq. Növbəti mərhələyə vəsiqə qazandığımız üçün də çox xoşbəxtəm. Açığı, biz 90 dəqiqə ərzində istədiyimizə nail olmaq istəyirdik. Amma rəqib çox yaxşı müdafiə olundu. Bu da onu göstərir ki, “İnter” penaltilər seriyasında nəsə edəcəyinə ümid edirdi”.