Bizi izləyin

Ölkə futbolu

Tahir Süleymanov: "Çixura" "Neftçi"yə rəqib ola bilməz"

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleyma…

blank
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun futbolinfo.az saytına müsahibəsi
 
– "Neftçi" evdə məğlub olduğu "Koper"ə səfərdə iki cavabsız top vuraraq növbəti mərhələyə adladı. Fikirlərinizi bilmək maraqlı olardı…
– Mən daha öncədən "Koper"in "Neftçi"nin yarısının yarısının da olmadığını bildirmişdim. Bunu da uşaqlar Sloveniyada sübut edib gəldilər. Oyun öncəsində və sonrasında da klub prezidenti Sadıq Sadıqovla telefon danışıqlarımız olub. Araz Abdullayev, Saşa Stamenkoviç, Elvin Yuniszadə və digərləri Sloveniyadan qələbə ilə qayıdacaqlarına söz vermişdilər. Bakıdakı oyundan sonra dediyim sözlər təsdiqini tapdı. İstənilən komandaya hörmətlə yanaşmaq lazımdı. Amma reallıq budu ki, "Neftçi" "Koper"dən 10 baş üstün komandadı. Qarşıda "Çixura" ilə oyun var. Bakıdakı ilk oyunda məsələni həll etmək lazımdı ki, bir daha belə hallarla üzləşməyək. Ən önəmlisi də odu ki, Azərbaycan futbolunun Avropadakı imici qorundu. "Neftçi"ni biz qurmuşuqsa, komandanın potensialına da bələdik. Biz pley-off yox, qruplara qatılmaq üçün çalışmalıyıq.
 
– Yəqin ki, bu qələbə münasibəti ilə təbrik edənlər oldu?
– Vallah, təbrik edən çox oldu. Azarkeşlərimizdən tutmuş, klubun daxilində çalışanlara qədər təbrik edənlər oldu. Mən Tahir Süleymanov olaraq futbolun içindəyəm. Qıraq bir şəxs deyiləm. Azərbaycan futbolunun irəli getməsi futbol adamı kimi bizim imicimizdi. Bizim sözümüz bütövdü. İlk oyundan sonra bu addımı atmaqla futbolçuları silkələmək, ayıltmaq lazım idi. Onlarım məsuliyyətini artırmaq lazım idi. Birinci oyundan sonra "Neftçi"nin məğlub olmasının hansı əks-səda doğurduğunu siz də gördünüz. Futbolçularımız da bu məsuliyyəti dərk etməli idi. Mən də bildirmişdim ki, qələbə yox, mərhələ adlamaq lazımdı. Sözün həqiqi mənasında "Neftçi" "Koper"i öz meydanında əzib, gəldi.
 
– Futbolçulara qələbə adlamağı nə vaxt bildirmişdiniz? Axı oyundan sonra sizin istefa verdiyiniz açıqlanmışdı…
– Mən istefa versəm də futbolçularla əlaqəm hələ də var. Bu gün telefonla sizinlə necə danışırıqsa, onlarla da elə əlaqə yaratmışdım. Oyuna getməmişdən öncə kapitan Flavinyo, Saşa Stamenkoviç, yerli futbolçulardan Mirhüseyn Seyidov, Araz Abdullayev və Elvin Yunuszadə ilə danışdım. Oyundan sonra təkrarən onlarla danışdıq. Bir daha qeyd edirəm ki, ən əsası komandanın imicini qoruyub-saxlamaq idi. Biz komandanın gücünə bələd idik. "Koper" kimi komandalar "Neftçi"yə rəqib ola bilməzdi.
 
– "Neftçi" mərhələni adlasa da, "Koper"lə qarşılaşmadan zərbə alan siz oldunuz. Çoxu Tahir Süleymanov gedişindən sonra vəziyyətin düzəldiyini bildirir. Siz necə düşünürsünüz?
– Mən qəti şəkildə belə fikirləşmirəm. Bunun mənə heç bir zərbəsi olmayıb. Əsas odu ki, Azərbaycan futbolu qazanır. "Neftçi" öz imicini qorudu. Oyundan sonra hər kəs öz xarizmasını göstərməlidi. Klub prezidenti də oyundan öncə mətbuata açıqlama verərək bildirdi ki, əgər həmin oyundan sonra məğlubiyyət olacaqsa, lazım olan şəxs istefa verib gedəcək. Bütün bunların hamısı futbolçuların məsuliyyətini artırdı. Komandada çıxış edən futbolçuların potensialına bələdik. Məsələyə başqa prizmadan yanaşsaq, Tahir Süleymanov bir daha sübut etdi ki, Azərbaycan futbolunda öz sözü olan şəxsdi. Bir çoxları "Koper"in güclü rəqib olduğunu bildirsə də, mən belə düşünmürdüm. Bir milyondan bir qədər artıq büdcəsi olan klub artıq gücə sahib ola bilməz. Dünən də "Neftçi"nin qalib gələcəyinə əmin idim. Mənim üçün fikirlərimin doğrulması önəmlidi. Onsuz da ömrümüzün axırına qədər futboldayıq.
 
– Ola bilərmi ki, bu qələbədən sonra Sadıq Sadıqov sizi geri çağırsın?
– Mən vəzifə üçün çalışmamışam. Sadıq Sadıqovla 5 il birgə uğurlar qazanmışıq. Hər zaman da bir yerdəyik. "Neftçi"də oldum, yaxud da olmadım – hər zaman kömək etməyə hazıram. Heç bir problem yoxdu.
 
– Yəni, geriyə çağırsa, qayıdacaqsız?
– Bu, gündəmdə olan məsələ deyil.
 
– Reallıq budu ki, iş başında olmadan ölkə futboluna heç bir xeyir vermək mümkün deyil. Vəzifədə olmaya-olmaya Azərbaycan futboluna necə xeyir verə biləcəksiz?
– Azərbaycan futboluna biz lazımıqsa, bizim köməyimizdən istifadə edərlər. İstifadə etməsələr də, biz sözümüzü demişik, bundan sonra da deyəcəyik. Bu, bir daha sübut edir ki, futbolda vəzifə uğrunda mübarizə aparanlar yox, ideya uğrunda çalışanlar olmalıdı.
 
– "Neftçi"nin növbəti mərhələdəki rəqibi Gürcüstanın "Çixura" komandasıdı. Bu rəqiblə yoxlama matçlarında flaqman elə də uğurlu çıxış etməmişdi. Şansları necə dəyərləndirirsiz?
– Qonşu ölkə klubuna hörmətlə yanaşırıq. Ancaq "Çixura" "Neftçi"yə rəqib ola bilməz. "Neftçi" meydana çıxıb mübarizə aparmaqla öz gücünü göstərməlidi. "Koper"lə ilk oyundakı arxayınlıq bu dəfə baş verməyəcək.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm