Ölkə futbolu
“Qəbələ” ilk dəfə mənimlə avrokuboklara vəsiqə qazandı”
Yeni mövsümdən Rusiya Premyer Liqasında çıxış ed…
Yeni mövsümdən Rusiya Premyer Liqasında çıxış edəcək “Mordoviya” klubunun baş məşqçisi Yuri Syomin maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan rusiyalı mütəxəssis yüksək liqaya yenicə vəsiqə qazanmış komandanı seçməklə geriyə addım atmadığını deyib.
Syomin söhbət əsnasında sabiq klubu “Qəbələ”dən də danışıb: “Hesab etmirəm ki, “Mordoviya”nı seçməyim karyeramda geriyə addımdı. Çünki məşqçi daim işləməlidi, yoxsa kütləşir. Komandanın səviyyəsi aşağıdı, yaxud yuxarıdı… Bu səviyyəni kim müəyyənləşdirir ki? Mən “Lokomotiv”də işə başlayanda komanda birinci dəstədə idi. Sonra Rusiya çempionu oldu. Kiyev “Dinamo”sunu da çempion etmişəm. Azərbaycan klubu “Qəbələ” ilk dəfə mənimlə avrokuboklara vəsiqə qazandı. Mənim üçün əsas olan görəcəyim işdi”.
Qeyd edək ki, 67 yaşlı çalışdırıcı ötən mövsüm “Qəbələ”də baş məşqçi işləyib.