Dünya futbolu
Valdes sabiq məşqçisinin yanına yollandı
“Barselona” ilə yollarını ayıran Viktor Valdes karyera…
“Barselona” ilə yollarını ayıran Viktor Valdes karyerasını “Bavariya”da davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, “pivəçilər”in baş məşqçisi Pep Qvardiola onu Münhen klubunun əsas qapıçısı Manuel Noyerin əvəzedicisi kimi nəzərdən keçirmək qərarına gəlib.
Məlumatda bildirilir ki, Valdes formasını saxlaya bilmək üçün hazırda “Bavariya”nın bazasında məşq edir. Artıq Valdesə müqavilə təklif olunduğu da bildirilir.
Qvardiola 2008-12-ci illərdə “Barsa”da Valdesin baş məşqçisi olub.