Dünya futbolu
Ronaldinyo qovuldu!
Braziliya futbolunun məşhur siması Ronaldinyo klubu “Atletiko…
Braziliya futbolunun məşhur siması Ronaldinyo klubu “Atletiko Mineyro”dan qovulub. Futbolinfo.az xəbər verir ki, rəhbərlik yarımmüdafiəçinin intizamsız davranışına görə bu qərarı verib.
"Atletiko Mineyro"nun idman direktoru Eduardo Malufun sözlərinə görə, Ronaldinyo Dekonun vida oyununda iştirak etmək üçün rəhbərlikdən icazə alıb, ancaq oyun əvəzinə dincəlməyə yollanıb.
Ronaldinyonun qardaşı və meneceri Roberto Assis də xəbəri təsdiqləyib.
Qeyd edək ki, futbolçunun müqaviləsi yanvara qədər idi.