Bizi izləyin

Ölkə futbolu

Ay-hay…

“Bakcell Arena”da həyəcandan və əsəbdən öz&uuml…

blank
“Bakcell Arena”da həyəcandan və əsəbdən özümə yer tapa bilmədiyim vaxtda mətbuat lojasında gəzişən, özünü ciddi işlə məşğul olurmuş kimi göstərən polis zabiti üzünü mənə tutub “aşağı otur” dedi. Cavabında “babasilim var, otura bilmirəm” eşidincə üz-gözünü turşutdu.
 
Əlbəttə, ona verdiyim cavab həqiqəti əks etdirmirdi, amma beləsiylə çənə-boğaz olmaq da əlavə enerji itkisidi.
 
Futbol da bir mədəniyyətdi, dostlar. Bir ölkənin futbolunun inkişafı üçün isə təkcə bahalı legionerləri gətirib oynatmaq yetərli deyil. Həmin ölkənin futbolçusu da, klub prezidenti də, məşqçisi də, azarkeşi də, elə polisi də mədəni olmalı, inkişaf etməlidi. Bəs, bizdə nə baş verir?
 
Qarşılaşma bitən kimi mətbuat konfransına yollandım. Böyükağa Hacıyev ağzını açan kimi rəqibə açıq futbol təklif etdiklərindən danışdı. Təəccübləndim. Görəsən, çox hörmətli Hacıyev “açıq futbol” deyəndə nəyi nəzərdə tutur? Klub prezidentinin ürəyi açıq, səxavətli adam olmasını, yoxsa “Neftçi”nin legionerlərinin ruhsuz və istəksiz oyununu görəndən sonra bizim ağzımızın açıq qalmasını?
 
Adam meydana cəmisi bir hücumçu buraxıb, onun da varlığıyla-yoxluğu bəlli deyil. Bəlkə siz deyəsiz, Nfor meydanda olduğu müddət ərzində Maksim Kvilitayanın qoruduğu qapıya doğru düz-əməlli bir zərbə vura bildi? Arxasını güclə sürüyən Vobay idimi açıq futbol oynayan? “Neftçi”nin 10 nömrəsi cərimə meydançasına daxil olan kimi qorxaq uşaqlar sayağı özünü itirir, ya topu hara gəldi vurur, ya da üzünü döndərib geri qayıdırdı. Bütün bunlar açıq futbolun gizli elementləridi, yoxsa?
 
Bəlkə, cənab Hacıyev Kauenin birinci hissədə rəqibin qapısı qarşısında əlverişli mövqedən topu göyə uçurmasını, Flavinionun 1-2 metrdən “çərçivə”ni  nişan ala bilməməsini nəzərdə tutub? O qədər ehtimallar var ki.
 
Çoxdandı belə ruhsuz və qürursuz “Neftçi” izləməmişdik. Yadınızdadısa, ötən il “Şkenderbeu” ilə oyundan sonra Böyükağa bəy eyni özündən razılıqla mətbuat konfransında rəqibin qapanmasından, “Neftçi”nin açıq futbol təklifindən danışmışdı. İnsan yaşa dolduqca müdrükləşər, başına gələnlərdən başmaqçı olar. Məgər, “Bursaspor”un başına oyun açan “Çixura”nın Bakıda belə oynayacağını bilmirdiz? Bunun adına taktika deyirlər, a bəy. Səfərdə ehtiyatlı oynamaq, minimum vəzifə kimi qapını toxunulmaz saxlamaq nəvaxtdan qorxaqlıq sayılır? Binəva Pruidze eşidib ki, “Neftçi”nin heyətində yarımmilyonluq braziliyalılar oynayır, ona görə də ehtiyatı əldən verməyib.
 
11 gürcü futbolçunun qarşısına bu xalqın komandasını 8 ruhsuz legionerlə çıxardığımıza və qələbə qazana bilmədiyimizə görə hamımız utanmalıyıq. Legionerlə avrokubok oyununa çıxmaq qəbahət deyil. Amma ortada “Qarabağ” nümunəsi var axı. Əcnəbiyə pul verəndə də baxın, görün pulu kimə verirsiz. Reynaldoyla Nforu, Kaueylə Aqolini, Vobayla Almeydanı müqayisə etmək mümkündümü? Bu vecsizlərin hələ də “Neftçi”də əzizlənməsi kimlərinsə şəxsi mənafelərini güdməsindən xəbər verir.
 
Dünənki biabırçılığa görə mən şəxsən öz adıma xəcalət çəkdim. İnanıram ki, hörmətli oxucularımın arasında da əsəbindən gecəni yata bilməyənlərin sayı kifayət qədər çoxdu. Bəs, onlar neylədi? Sadıq Sadıqov oyundan sonra çox şən görünürdü. Bizə də “narahat olmayın” dedi. Böyükağa Hacıyevin də kefi pozulmamışdı, qələm əhlinə taktika dərsi keçirdi. Eynilə “Şkenderbeu” ilə oyundan sonra olduğu kimi rəqibin öz meydanında guya açılacağını, “Neftçi”nin də rahatlıqla Kvilitayanı məyus edib, mərhələ adlayacağını düşünürlər. Yazmağa söz də qalmayıb, eləcə əlini yelləyib “ay-hay…” demək istəyirsən…
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-04-16 22:46

Millimiz gürcülərə yenə uduzdu

blank
Digər idman növləri2024-04-16 22:31

“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Əvəzedicilər2024-04-16 17:16

Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-16 17:02

Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”

blank
Dünya futbolu2024-04-16 16:45

Belçikalı futbolçu üçün 2024-cü il erkən bitdi

blank
Digər idman növləri2024-04-16 16:31

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

blank
Ölkə futbolu2024-04-16 16:14

Rüfət ümidlidir: “Hər şeyin itirildiyini düşünmürəm”

blank
Digər idman növləri2024-04-16 16:00

Olimpiya məşəli alovlandırıldı

blank
Digər idman növləri2024-04-16 15:45

Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Digər idman növləri2024-04-16 15:31

Boston marafonunda sensasiya olmadı

blank
Premyer-liqa2024-04-16 15:14

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-04-16 14:58

Avropa çempionlarımız Vətənə qayıdıb

blank
Milli komanda2024-04-16 14:47

UEFA AFFA-nı cərimələdi

blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm