Ölkə futbolu
"Şaxtyor"un baş məşçqisi Əliyar Ağayevi "yıxıb-sürüdü" (VİDEO)
Qazaxıstanın "Şaxtyor" klubunun baş məşqçisi Vi…
Qazaxıstanın "Şaxtyor" klubunun baş məşqçisi Viktor Kumıkov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Xorvatiya "Hayduk"una qarşı keçirdikləri ilk oyunu (4:2) idarə edən azərbaycanlı baş hakim Əliyar Ağayevi tənqid edib. Futbolinfo.az xəbər verir ki, o, "Şaxtyor"un qapısına bir penalti təyin edən, 5 futbolçusuna isə sarı vərəqə göstərən referi ilə bağlı bunları söyləyib:
"Biz yaxşı komandaya qarşı oynadıq. Fikrimcə, oyunun ən ədalətli nəticəsi 4:1 idi. Amma təəssüf ki, azərbaycanlı hakimin olmayan penaltini təyin etməklə hesabın 4:2 olmasına şərait yaratdı. Bu da bizim cavab oyununa daha rahat yollanmağımıza imkan vermir. Fərdi səhvləri nəzərə almasaq, hər şeyi istənilən səviyyədə etdik. Amma mən bütün ömrüm boyu belə iyrənc hakimlik görməmişdim. Qoy bunu Azərbaycanda da bilsinlər".
P.S. Oyunun videoyazısına baxdıqda isə Kumıkovun bu qədər aqressiv və sərt açıqlamalar verməsinə səbəb olmadığını görürürk. Çünki referi penalti qərarını verməkdə haqlıdı.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı