Ölkə futbolu
"Qarabağ”ın “Zalsburq”u məğlub etməsi bizim üçün də sürpriz oldu"
“Qarabağ”ın Çempionlar Liqasından kənarlaşdır…
“Qarabağ”ın Çempionlar Liqasından kənarlaşdırdığı Malta “Valletta”sının qapıçısı Niki Vella Ağdam klubu ilə bağlı açıqlama verib. Futbolinfo.az saytına danışan qolkiper təmsilçimizin “Zalsburq” üzərindəki 2:1 hesablı qələbəsini şərh edib.
“Açığı, “Qarabağ”ın “Zalsburq” üzərindəki qələbəsi bizim üçün də sürpriz oldu. Amma onu da qeyd etmək lazımdı ki, futbol meydanda oynanılır, kağız üzərində yox. Nə olsun ki, “Zalsburq” güclü klubdu? Hesab edirəm ki, “Qarabağ” evdə qalib gəlibsə, növbəti matçda da şansı var. Düşünmürəm ki, Reynaldonun yoxluğu “Qarabağ”a problem yaratsın. Çünki onlar komanda şəklində güclü oyun göstərirlər”.
Vella Azərbaycan klublarından təklif alarsa, qəbul edə biləcəyini də bildirib: “Əgər Azərbaycan klublarından təklif alsam, bu barədə ciddi düşünərəm. Təklifi qəbul da edə bilərəm. Açığı, ölkənizdən çox klubu tanımıram. “Qarabağ”dan başqa ancaq “Neftçi”ni tanıyıram”.
Qeyd edək ki, “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində “Valletta”nı 1:0 və 4:0 hesabları ilə məğlub edərək, “Zalsburq”a rəqib olub.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”