Dünya futbolu
Sabri yenə komandaya çağırılmadı
“Qalatasaray”ın kapitanı Sabri Sarıoğlu ilə bağlı q…
“Qalatasaray”ın kapitanı Sabri Sarıoğlu ilə bağlı qalmqala davam edir. Futbolinfo.az xəbər verir ki, komanda onu xaricə gedərkən toplanışa aparmasa da, qayıdandan sonar müdafiəçinin heyətə qoşulacağı gözlənilirdi.
Lakin Sabri bu gündən mövsümə hazırlıqlarını İstanbulda davam etdirən “Qalatasaray”ın məşqinə qatılmayıb.
Baş məşqçi Çezare Prandelli yenə də ona ehtiyac duymayıb. Rəhbərliyin 10 ildi komandaın şərəfini qoruyan kapitanla bağlı hansı qərar verəcəyi maraqla gözlənilir.