Ölkə futbolu
Son oyunda da uduzan "Simurq" vətənə qayıdır
Yay fasiləsindən istifadə edərək Avstriyada təlim-məşq toplan?…
Yay fasiləsindən istifadə edərək Avstriyada təlim-məşq toplanışı keçən "Simurq" harlığını yekunlaşdırıb. Futbolinfo.az xəbər verir ki, Zaqatala təmsilçisi bu gün Motsartın vətənindən ayrılır.
"Sarı-qaralar" əvvəlcə İstanbula, oradan isə Bakıya gələcəklər. Komanda gecə saat 2:00-da Heydər Əliyev adına Hava Limanında enəcək.
Komandanın baş məşqçisi Georgi Çixradze bu müddət ərzində yetirmələrini 4 yoxlama matçında sınadı. "Sarı-qaralar" ilk yoxlama matçında İsrailin "Makkabi" klubuna 0:2 hesabı ilə uduzub. Georgi Çixradzenin yetirmələri daha sonra Albaniyanın "Teuta" komandası ilə oyundan meydandan qolsuz heç-heçə ilə ayrılmışdı. Rusiyanın "Amkar" klubuna 1:4 hesabıyla uduzan bu komanda son qarşılaşmasında Səudiyyə Ərəbistanının "Əl-Sadd" komandası qarşısında aciz qalıb – 2:3. İngiltərənin "Fulhem" klubu ilə nəzərdə tutulmuş oyun isə, leysan yağmasına görə baş tutmamışdı.