Premyer-liqa
Diniyev “Neftçi” ilə oyuna 2 yeni futbolçu çağırdı
"Rəvan” Topaz Premyer Liqasının 2-ci dövrəsinin il…
"Rəvan” Topaz Premyer Liqasının 2-ci dövrəsinin ilk, ümumilikdə çempionatın 10-cu turunda "Neftçi” ilə qarşılaşacaq. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək bu görüş həm də “aslanlar”ın yeni baş məşqçi Şahin Diniyev ilə ilk rəsmi sınaq kimi tarixə düşəcək.
Artıq bir həftədi yetirmələrini yaxından tanımaq imkanı əldə edən təcrübəli mütəxəssis də məşqlərdə futbolçularının hazırlığını ciddi nəzarətdə saxlayır. Həftənin əvvəlindən sırf "Neftçi” ilə oyunun hazırlıqlarına başlayan "aslanlar” intensiv qrafiklə çalışır. "Bayıl Arena”da keçirilən məşqlərdə artıq komandanın bütün üzvləri iştirak edir. Üstəlik, əvəzedici heyətdən Yamin Ağakərimzadə və Samir Əhmədov da əsas heyətə cəlb olunub.
Müxtəlif səbəblərdən vətələrinə yollanmış polşalı qapıçı Lukaş Sapela və tacik müdafiəçi Sohib Savankulov da artıq düşərgədədi. Futbolçular daha çox texniki-taktiki hazırlıqlarla məşğul olur.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var