Ölkə futbolu
Ələkbər Məmmədov son mənzilə belə yola salındı (VİDEO)
Xəbər verdiyimiz kimi, ötən gün görkəmli idman xadi…
Xəbər verdiyimiz kimi, ötən gün görkəmli idman xadimi, məşhur futbolçu, SSRİ-nin əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, professor, "Şöhrət" ordeni ilə təltif olunmuş Ələkbər Məmmədov son mənzilə yola salınıb. Futbolinfo.az xəbər verir ki, mərhumla vida mərasimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilib.
Mərasimdə mərhumun ailə üzvləri, hökumət təmsilçiləri, AFFA rəsmiləri, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Ələkbər Məmmədovun Azərbaycan idmanının inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını bildirib.
Mərasim başa çatdıqdan sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi