Ölkə futbolu
"Bakı" iştirak ərizəsini PFL-ə təqdim etdi
Maliyyə problemlərinə görə növbəti mövsümdə …
Maliyyə problemlərinə görə növbəti mövsümdə Premyer Liqada iştirakı sual altında olan "Bakı" iştirak ərizəsini PFL-ə təqdim edib. Futbolinfo.az xəbər verir ki, bu barədə saytımıza açıqlamasında klubun vitse-prezidenti Yaşar Seyidov bildirib.
Onun sözlərinə görə, artıq əsas və əvəzedici komandaların iştirak ərizəsi hazırlanaraq, adiyyatı quruma təqdim olunub. Seyidov oyunların keçirilməsi ilə bağlı da müvafiq orqanlardan razılıq aldıqlarını bildirib. Vitse-prezident digər problemlərin, maddi təminatın isə çempionatın startına qədər həll olunacağına ümid edir.