Bizi izləyin

Müsahibə

Seyidov "Bakı"dan qaçan futbolçulara haqqını halal etmədi

Maliyyə problemləri ilə üz-üzə qalan "Bakı"da…

blank
Maliyyə problemləri ilə üz-üzə qalan "Bakı"da hələ ki, sular durulmur. Bu problemə görə legionerlərlə yanaşı, "Bakı" futbol akademiyasının yetirmələri də "zolaqlılar"ın düşərgəsini tərk edərək, başqa komandalara üz tutmaqdadı. Saytımıza müsahibə verən klubun vitse-prezidenti Yaşar Seyidov bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb:
 
– Gənc futbolçularınız komandadan qaçır. Buna münasibətiniz necədi?
– Vüqar Mustafayevlə Vadim Abdullayev "Simurq"dadı. Namiq Ələsgərov da "Qarabağ"dadı. Şəhriyar Əliyevin də məsələsi hələ açıq qalıb. Bu futbolçular "Bakı" futbol akademiyasının yetirməsi olduğuna görə, digər klublar tərəfindən kompensasiya ödənilməsi üçün Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişik. PFL-ə də müraciət etmişik. Müsbət cavab almışıq ki, kompensasiya ödənilmədiyinə görə həmin futbolçular getdiyi komandaların sifariş vərəqəsinə daxil edilə bilməz.
 
– Klub rəhbərləri ilə azdan-çoxdan münasibətiniz var. Durumunuzun yaxşı olmadığını bilə-bilə futbolçularınızı niyə "oğurlayırlar"?
– Vallah, bu sualı siz həmin klub rəhbərlərinə versəz, daha yaxşı olar. Qoy buna onlar cavab versin. Nə deyim axı? Xoş olmayan bir məsələyə əl atıblar. Bizim də təəssüflənməkdən başqa əlimizdən heç nə gəlmir. Peşəkar klublar elə adlarına uyğun etməlidi. Subardinasiyanı gözləməkdə diqqətli olsalar, yaxşıdı. Çünki bu futbolçular uzun illərdi "Bakı" futbol akademiyasında qalıblar, qidalanıblar. Onlara böyük vəsaitlər xərclənib. Bizim kluba ən azı müraciət etməliydilər. Ancaq mən bir şeyə sevinirəm və bunu hər zaman da fəxr edərək bildirmişəm ki, başqa komandalar digər işlərlə məşğul olanda, biz futbolçu yetişdirmişik. Bunun da nəticəsidi ki, ölkənin bütün çempionluğa, avrokuboklara iddialı olan klubları ötən il "Bakı"nın əvəzedici və U-19 komandasında çıxış etmiş 20 futbolçunu sifariş vərəqlərinə daxil etmək istəyirlər.
 
– Qeyd etdiyiniz kimi Vadim Abdullayevlə Vüqar Mustafayev "Simurq"dadı. Bu, iki futbolçuya görə nə qədər kompensasiya tələb edirsiz?
– Sizə elementar bir misal çəkim. Türkiyənin "Fənərbaxça" futbol klubunun aşağı yaş qruplarında bir futbolçunun yetişməsi üçün 40 min avro pul xərclənilir. Məsələ də burasındadı ki, türk klubu həmin futbolçuları əsas komanda ilə təlim-məşq toplanışına aparmır. Milinko Pantiçin də Azərbaycan futboluna xidmətləri ondan ibarət oldu ki, azərbaycanlı gənclərə şans verdi. Ötən il akademiyanın 7 yetirməsi əsas heyətdə çıxış edirdi. Onlar layiqli olduqları üçün digər komandalar tərəfindən dəvət alırlar. 3-4 il müntəzəm olaraq bu futbolçular qidalanıblar, burada məskunlaşıblar, komanda ilə birgə təlim-məşq toplanışında olublar. Bunlara da böyük vəsaitlər xərclənilib. Ancaq bunun müqabilində həmin futbolçular onları yetişdirən kluba bir telefon açmadı. Heç olmasa xeyir-dua alardılar. Halal-haram məsələsi var. Bunların heç biri olmayıb.
 
– Nurlan Novruzov da "Dənizlispor"a yollanmışdı. Ancaq işləri alınmadı. Yəqin ki, digər yerli klubların birinə keçə də bilərdi. Amma, hazırda "Bakı"nın yanındadı. Bu baxmdan Nurlan Novruzov digər futbolçulara nümunə ola bilər?
– Düzdü, bu futbolçu Türkiyə klubuna yollanmışdı. Ancaq nədənsə keçidi alınmadı. Novruzov bu gün istənilən komandaya gedə bilərdi. Yediyi çörəyin halallığına görə heç bir kluba getmədi.
 
– Belə çıxır ki, digər futbolçulara haqqınızı halal etmirsiz?
– Bizim yerimizə siz olsaz, haqqınızı halal edərsiz? Mən şəxsən futbolçuların akademiyaya cəlb olunması üçün nə qədər əziyyət çəkmişəm. Hər birinin buraya gəlməsi, onların burada təhsil alması, instituta daxil olması üçün əziyyət çəkmişəm. Bizim hansı əziyyətlərə qatlaşdığımızı bir Allah bilir. Bu uşaqlara görə bizim kompensasiya tələb etmək hüququmuz var. Onlarla peşəkar futbolçu kimi müqavilə yox idi. Çünki futbolçu birdən-birə yetişmir. Pantiç çempionatın gedişatında onları təcrübəli futbolçularla yanaşı oynadırdı ki, nəsə öyrənsinlər. Çempionatın son turlarında Pantiç bütün cərimə zərbələrini Namiq Ələsgərova tapşırırdı. Ona görə ki, İspaniya La Liqasından Namiqə təkliflər var idi. Bunu Pantiç də sizin üçün təsdiq edər. Ələsgərova görə 500 min avro da təklif edən komandalar var idi. Ancaq serb çalışdırıcı razı olmadı. Dedi ki, bir ildən sona Namiqi 5 milyon avroya La Liqada çıxış edən başqa bir komandaya satacam. Hətta özünün müqaviləsində belə bir bənd var idi ki, onun yetişdirdiyi futbolçuları aparıb Avropa klublarına satacaq və bağlanılan müqavilənin müqabilində əldə edilən gəlirin 5 faizi ona çatacaq. O, özünün zəhməti hesabına pul qazanmaq istəyirdi. Ona görə də "Visente Kalderon" stadionunda Pantiçin büstü qoyulub. Mən özüm ora gedəndə heyrətləndim. Namiq Ələsgərov elə belə yetişməyib ki? Onun üzərində 5 il əziyyət çəkmişik. Və yaxud da digər futbolçular. Biz çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyimiz vaxtda kimsə gəlib buna yiyələnmək istəyir. Bu gün ürək ağrısı ilə ona görə danışıram ki, onun əziyyətini çəkənlər unudulur. Buna görə də artıq bu məsələ ciddiləşib. Lazım olan tədbirləri görəcəyik. Düşünürəm ki, AFFA rəhbərliyi bu məsələdə "Bakı"nı dəstəkləyəcək.
 
– Bəs indi Pantiç haradadı?
– Onunla müqaviləmiz başa çatmışdı. Pantiçlə yenidən 3 illik müqavilə nəzərdə tutulmuşdu. Şifahi razılıq da əldə olunmuşdu. Bu müqavilə imzalanmadığından o da ölkəsinə getdi.
 
– Pantiçin klub prezidenti Hafiz Məmmədovla şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu nəzərə alsaq, müqaviləsiz komandaya kömək edə bilməzdi?
– Elə məsələlər var ki, bu iki şəxs arasında həll olunur. Bu məsələlərə mən şərh verə bilmərəm.
 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Dünya futbolu2024-04-29 15:15

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Digər idman növləri2024-04-29 15:00

Şahmatçımız Avropa çempionluğunun bir addımında

blank
Milli komanda2024-04-29 14:47

Millimizin heyətində daha bir dəyişiklik edildi

blank
Dünya futbolu2024-04-29 14:32

Salahla Kloppa məsləhət: “Son həftələrin dadını çıxartsınlar”

blank
Ölkə futbolu2024-04-29 14:17

II Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Müsahibə2024-04-29 14:05

Elvin Camalov: “Turnir cədvəlini yox, qarşıdakı oyunlarımızı düşünməliyik”

blank
Premyer-liqa2024-04-29 13:48

Elitada 200-cü oyun

blank
Digər idman növləri2024-04-29 13:31

MBA-da ilin məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-04-29 13:16

Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar

blank
Digər idman növləri2024-04-29 13:02

Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb

blank
Digər idman növləri2024-04-29 12:48

“Qarabağ” liderliyini möhkəmləndirdi

blank
Ölkə futbolu2024-04-29 12:33

“Qarabağ” “Turan”a çata bilmədi

blank
Digər idman növləri2024-04-29 12:18

Şərq konfransının ilk yarımfinalçısı məlum oldu

blank
Ölkə futbolu2024-04-29 12:01

Cəlal yeni təklif almayıb: “Avrokuboka vəsiqə üçün mübarizə aparacağıq”

blank
Dünya futbolu2024-04-29 11:47

Azarkeşlər Lopeteqini istəmir

blank
Dünya futbolu2024-04-29 11:32

Fati indi də “Sevilya”ya göndəriləcək

blank
Dünya futbolu2024-04-29 11:17

Sapata Meksikaya köçə bilər

blank
Dünya futbolu2024-04-29 10:59

Arauxoya müştəri tapıldı

blank
Ölkə futbolu2024-04-29 10:42

Misli Premyer Liqasında yeni azarkeş rekordu

blank
Digər idman növləri2024-04-29 10:28

Məmmədyarov Almaniya çempionu olub

blank
Müsahibə2024-04-29 10:14

“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”

blank
Digər idman növləri2024-04-29 09:57

Azərbaycan qılıncoynadanları Olimpiya Təsnifat turnirində çıxışlarını başa vurublar

blank
Dünya futbolu2024-04-29 09:42

PSJ-də yeni müqavilə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm