Ölkə futbolu
Samson Pruidze: "Əsas odu ki, yaxşı oyun nümayiş etdirə bildik"
"Neftçi" Avropa Liqasının üçünc&uu…
"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında "Çixura"nı səfərdə 3:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazandı. Futbolinfo.az xəbər verir ki, Tiflisdə baş tutan oyundan sonra ev sahibinin baş məşqçisi Samson Pruidze oyunla bağlı fikirlərini bölüşüb:
"Ehtiyat qüvvəmiz çox zəif idi. Ona görə də dəyişikliyin əhəmiyyəti yox idi. Bizim üçün udmaq və yaxud da uduzmaq əsas deyildi. Əsas odu ki, yaxşı oyun nümayiş etdirə bildik. "Neftçi"nin müdafiəçiləri bizim hücumçulardan daha sürətli idi. Buna görə də hücumlarımız yaxşı alınmırdı. Azərbaycan klublarının maliyyə imkanları yaxşı olduğu üçün səviyyəli futbolçuları heyətlərinə qata bilirlər. Ancaq biz ölkə futbolunu Türkiyə üslubu ilə inkişaf etdiririk. Yaxşı maliyyəmiz olsaydı, biz də keyfiyyətli futbolçuların xidmətindən istifadə edərdik".