Premyer-liqa
Flavinyo: Məqsədimiz qələbə qazanmaqdı
“Neftçi”nin futbolçusu Flavinyo Topaz Premye…
“Neftçi”nin futbolçusu Flavinyo Topaz Premyer Liqasının 10-cu turunun “Rəvan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Şənbə günü çempionatda yaranmış fasilə başa çatır. Bu tur rəqibimiz olan “Rəvan” klubunu səfərdə məğlub etmişdik. Həmin görüşdə rəqib əsasən müdafiədən oynamağa çalışırdı. Eşitdiyimə görə “Rəvan”a yeni baş məşqçi təyin olunub. Bəlkə də onların ifasında fərqli oyunun şahidi olduq. İstənilən halda ilk dəqiqələrdən etibarən sona kimi var qüvvəmizlə oynamalıyıq. Məqsədimiz doğma meydanda da qələbə qazanmaqdı. Liderlər qrupundakı mövqeyimizi möhkəmlətmək üçün bu oyundan mütləq 3 xalla ayrılmalıyıq”.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq