Premyer-liqa
Nildo içkinin güdazına getdi
Ötən mövsüm AZAL-dan böyük ümidlərə &…
Ötən mövsüm AZAL-dan böyük ümidlərə "Xəzər Lənkəran"a transfer olunan Junior Nildo komandadan göndərilib. Futbolinfo.az xəbər verir ki, braziliyalı hücumçu intizam qaydalarını pozub.
Bundan başqa legioner futbolçunun elə də yaxşı təsir bağışlamaması baş məşqçi Oğuz Çətini hövsələdən çıxarıb. Bu azmış kimi futbolçu intizam qaydalarını da pozub. Nildonun hansı bağışlanmaz səhvə yol verdiyini klubdan bizə deməsələr də, bizdə olan məlumata görə, sambaçı içkinin güdazına gedib. "Transfer pəncərəsi"nin bağlanma müddətinə qədər – avqustun 31-nə kimi futbolçu özünə yeni klub tapa bilməsə, "Xəzər Lənkəran"ın əvəzedici komandasına göndəriləcək.