Ölkə futbolu
"Neftçi" – "Partizan" matçına bilet satışı bu gündən bərpa ediləcək
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəs…
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Partizan" matçına bilet satışı bu gün səhər saatlarından etibarən bərpa ediləcək. Futbolinfo.az xəbər verir ki, azarkeşlər biletləri oyunun təşkil olunacağı Tofiq Bəhramov adına stadionun və eyni zamanda "Bakcell Arena"nın kassalarından ala bilərlər.
Azarkeşlər nəzərə alınaraq stadionun 80%-ni təşkil edən sektorlara biletlərin qiyməti 1 manatdı. Mərkəzi sektorlara olan biletlərin qiyməti 2-10 manat arasında dəyişir. VİP bölmələrə biletlərin qiyməti 50 manatdı.
Qeyd edək ki, bir azarkeş 5 və ya daha artıq sayda bilet aldıqda şəxsiyyət vəsiqəsinin əslini və surətini kassaya təqdim etməlidi. (klub saytı)