Dünya futbolu
Buffon: "İtaliya yığmasına elə Konte kimi məşqçi lazım idi"
İtaliya millisinin qapıçısı Canluici Buffon komandanın yen…
İtaliya millisinin qapıçısı Canluici Buffon komandanın yeni baş məşqçisi Antonio Konte haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper yığmaya məhz Konte kimi məşqçinin gərəkli olduğunu bildirib:
"Konte hər zaman nizam-intizama böyük önəm verən məşqçilərdəndi. O, futbolçularına öz ideyalarını aydın şəkildə izah edir. Onu anlamamaq mümkün deyil. İtaliya yığmasına elə Konte kimi məşqçi lazım idi".