Dünya futbolu
Martinodan Di Mariya tərifi
Argentina millisinin baş məşqçisi Xerardo Martino dünə…
Argentina millisinin baş məşqçisi Xerardo Martino dünən Almaniyayla keçirdikləri yoldaşlıq görüşündən sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, komandanın yarımmüdafiəçisi Anhel Di Mariya haqqında xoş sözlər deyib:
"Di Mariya niyə dünyanın ən yaxşı 5 oyunçusundan biri olduğunu sübuta yetirdi. Bir neçə futbolçumuzun oyun təcrübəsi cəhətdən çatışmazlığı olsa da, komandamdan razı qaldım".
Qeyd edək ki, Argentinanın Almaniyanı 4:2 hesabıyla məğlub etdiyi görüşdə Di Mariya 1 qol və 3 məhsuldar ötürməylə yadda qalıb.